8 C
Baku
Sunday, November 17, 2024

Deputat: “Bakıda insan ömrünün bir hissəsi tıxacda keçir”

Bakıda insan hər gün tıxacla qarşılaşır.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.

“10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7.6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1.5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir”, – deyə deputat qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər