Deputat Elmira Axundova ölkənin bir neçə bankının lisenziyalarının alınması, fəaliyyətlərinın dayandırılmasına diqqət çəkib.
“Çox istərdik ki, bu qərarın ləğvi barədə Mərkəzi Bank rəhbərləyi açıqlama versin. Elman Rüstəmovun bank sektoruna inamını qaytarmaq barədə dediyi fikri xatırlamaq istəyərdim. Bu addımlardan sonra insanlar banklardakı əmanətlərini geri götürəcəklər. Eyni zamanda işsiz qalan bank işçiləri yaxşı mütəxəssisdirlər. Onlar başqa dövlət idarələrində işlə təmin edilə bilərlər.
“Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik etməklə orada mühasib vəzisəsi çıxarılmalıdır və onların işə qəbulu asanlaşdırılmalıdır.
Bir çox dövlət qurumların filiallarında maliyyə şöbələrində 1-2 müsahib yeri boş qalır. Bu vəzifəyə qəbulu asanlaşdırmaqla işsiz qalan bank işçiləri işlə təmin edilməlidir”.
Modern
Bizi twitterdə izləyin @Bankeraz