2 C
Baku
Saturday, December 14, 2024

Deputat bu şəxslərə kreditin faizsiz verilməlisini təklif edib

“Bir sıra yem məhsullarının qiyməti bahalaşıb. Nə südün, nə ətin fermerdən alınan qiyməti isə artırılmayıb”.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında çıxışı zamanı deyib.

O vurğulayıb ki, bütün bunlar fermerlər üçün ciddi problemlər yaradır: “Bilirsiniz ki, örüş yerlərini yaşayış yeri və ya əkin yeri etdilər. Örüş yerlərinin uzaq olması da fermerlərin növbəti problemidir. İşğaldan azad edilmiş yerlərdə örüş yerləri olsa da, minalardan nə vaxt təmizlənməsi işləri yubadır. Hesab edirəm ki, fermerlərə verilən subsidiyaların məbləği artırılmalı, kredit çox aşağı faizlə, hətta faizsiz verilməlidir. Bununla da onlara dəstək olmaq lazımdır”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər