24 C
Baku
Wednesday, May 29, 2024

Deputat: Dərman problemi var, artıq “Aspirin” də tapılmır

“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”.

Bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

“Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı malları sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq yaratmaq üçün mikro, orta, kiçik bizneslə bağlı bütün problemləri həll etməliyik. Gərək start üsulu ilə kiçik və mikro biznesə xüsusi şərtlər yaradaq. Məsələn, 3 illik vergi tətillər etmək, kommunal xərcləri 50%, ümumiyyətlə, vergini azaltmaq olar. Yetər ki, bölgələrdə müəssisələr yaransın. Bizə kənd təsərrüfatı inkişafının bugünkü faizi qane etmir. Bizə kənd təsərrüfat məhsullarını sürətlə inkişaf etdirmək lazımdır”, – deyə deputat vurğulayıb.

Dərmanlarla əlaqədar məsələyə toxunan Rüfət Quliyev Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib:

“Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem “Aspirin Kardio” və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur”

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər