11 C
Baku
Friday, February 13, 2026

Deputat deyir ki, torpaq sahələrinin baha təklif olunması onun istifadəsiz qalmasına gətirib çıxarır

Lerik kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır.

Bunu deputat Vasif Qafarov Milli Məclisin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, bu, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır: “Hesab edirəm ki, bələdiyyələrin üzləşdikləri bütün problemlər kompleks şəkildə araşdırılmalı, təhlil edilməli və müvafiq addımlar atılmalıdır”.

Deputat, həmçinin bildirib ki, əsasən də kənd bələdiyyələrinin normal fəaliyyətinə mane olan problemləri aradan qaldırmaq istiqamətində addımların atılması vacibdir.

“Bələdiyyələrə aid torpaqların sərhədlərinin bu günə qədər dəqiq müəyyən edilməməsi və xəritələrin tərtib olunmaması bələdiyyələrin normal fəaliyyət göstərməsinə mane olur”, – V.Qafarov vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər