21 C
Baku
Saturday, May 25, 2024

Deputat: “Dövlət Aqrar İnkişaf Mərkəzi subsidiya verərkən kəndlilər arasında fərq qoyur”

“Bu gün subsidiya ilə bağlı oyunlar başlayıb. Xızıdan bizə müraciət edilib. Dövlət Aqrar İnkişaf Mərkəzi adlı qurumda kəndlilər arasında fərq qoyulur. Birinə subsidiya verirlər, digərinə yox. Bununla əlaqədar yoxlamalara başlamaq lazımdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, əkə bilməyən, becərə bilməyənlərin torpaqlarını DAİM özü əkir. Şəmkir, Neftçala rayonunda da belə problemlər var”.

Rüfət Quliyevin sözlərinə görə, insanlar rayonlarda pensiya almaq üçün kəndbəkənd gəzməli olurlar: “Azərbaycan bankları arasında köçürmələr arasında faizlər də çoxdur. Ümumi 0,5% komissiya haqqı tətbiq edək. Digər məsələ kənd təsərrüfatı kreditləri ilə bağlı problemdir. Bu problemi həll etmək lazımdır”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər