10 C
Baku
Thursday, December 12, 2024

Deputat: “Fransanın Azərbaycanın neft-qaz ixracına embargosu Aİ-nin maraqlarına ziddir”

Fransa Senatının qəbul etdiyi qətnamədə Azərbaycanın neft-qaz ixracına embargo qoyulması, birbaşa Fransa xalqının, o cümlədən Avropa İttifaqının (Aİ) maraqlarına zidd getməkdir.

Bunu deputat Cavid Osmanov Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla, yanaşı qardaş Türkiyəyə də sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlər səslənir: “Bu gün Azərbaycan Aİ-nın enerji təhlükəsizliyində mühüm rol oynadığı bir halda və Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaş ölkə adlandırması fonunda Fransanın bu addımı birbaşa Azərbaycana qarşı deyil, Avropa İttifaqına qarşıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər