Ötən həftənin son iş günü Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə “Expressbank” ASC-dən devalvasiyalardan öncə 102.000 ABŞ dolları götürən Gülnarə Rzayevanın iddiasına cavab olaraq güzəşt olunmasını təmin etməyib və bankın leyhinə qərar verib.
Banker.az bildirir ki, Konstitusiya Məhkəməsinin bu qərarı ilə bağlı millət vəkili Vahid Əhmədov şərh bildirib.
“Mənim özümə bu məsələyə görə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram”.
Konstitusiya Məhkəməsinin qərarına əsasən, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilmir:
“Manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz”.
Bu isə o deməkdir ki, vətəndaşlar xarici valyuta ilə götürdükləri kreditləri dəyişən məzənnəyə uyğun qaydada ödəməlidirlər.
Konstitusiya Məhkəməsinin birmənalı olaraq, bankların xeyrinə olan bu qərarı haqqında Yenicag.az-a danışan millət vəkili Vahid Əhmədov bildirib ki, banklar xarici valyutada kredit borcu olan vətəndaşların vəziyyətini nəzərə almalıdırlar:
“Əslində, Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarı gözlənilməz olmadı. Bildiyiniz kimi, Konstitusiya Məhkəməsinin qərarları müzakirə olunmur. Ona görə də, bu məsələyə əlavə şərh verməyə ehtiyac görmürəm. Hər halda, o qurum da dollar kreditləri haqqında qərarını Mülki Məcəllə əsasında qəbul edib.
Bəli, manatın iki dəfə devalvasiyaya uğraması xarici valyutada kredit borcu olan insanların vəziyyətini çətinləşdirib. Bununla əlaqədar mənə vətəndaşlardan minlərlə müraciət daxil olub və onlara kömək etməyə çalışıram.
Hesab edirəm ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər”.
Yenicag.az-a