Azərbaycanda bazarlarda meyvələrin qiymətinin baha olması hamını narahat edir.
Bunu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, kəndlərdə meyvələrin qiyməti elə baha deyil. N.Həmzəyev bildirib ki, daşınma zamanı kimlərsə tərəfindən qiymət artımı edilir.
Bu baxımdan deputat kənddən şəhərə kampanyasının miqyasının genişləndirilməsini təklif edib.