“Milli Məclisin ezamiyyə xərcləri azdır”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Fəzail Ağamalı deyib.
“Buna görə də parlamentin sədri Sahibə Qafarova xaricə məhdud heyətlə səfər etməli olur”, – o qeyd edib.
Deputatın dediyinə münasibət bildirən maliyyə naziri Samir Şərifov isə deyib ki, ezamiyyə xərclərinin yeni normalarının dəqiqləşdirilməsi üzərində iş gedir.
“Hazırkı normalar uzun müddətdir ki, qəbul olunub. Milli Məclisin ezamiyyə xərclərinə gəldikdə isə, bu büdcəni Milli Məclis özü müəyyənləşdirib. Belə qənaətə gəlirəm ki, parlament bu məsələdə xeyli qənaətcil davranıb və mən onun bu addımını alqışlayıram”, – deyə nazir əlavə edib.