18 C
Baku
Thursday, April 25, 2024

Deputat Milyonerlər məhləsindəki villasını satışa çıxarıb

Deputat Sabir Hacıyev Gənclik metrosu yaxınlığında Milyonerlər məhəlləsi adlandırılan ərazidəki 5 sot torpaq sahəsini 1.4 milyon manata satışa çıxarıb.

Bunu jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazıb. Torpaq sahəsi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub.

Deputatın oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.

©Bizimyol.info

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər