“Azərbaycanda 76 mindən artıq müharibə veteranı var, hələ tam dəqiqləşmə aparılmayıb. Veteranların müavinətləri də indeksləşdirilməlidir”.
Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib.
“Hazırkı müavinətlər 130-150 manata qaldırılmalıdır. Nəzərə alsaq ki, yaşayış xərcləri artır, o zaman bunu etməklə biz onlara köməklik edə bilərik”, – deyə deputat bidlirib.