“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?”.
Banker.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxxəsis yoxdursa, xaricdən gətirək”.