9 C
Baku
Thursday, December 12, 2024

Deputat: “Neftin ucuzlaşması manata təzyiq göstərəcək”

“Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycana müəyyən problemlər yarada bilər”.

Banker.az bildirir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğundan neftin qiymətinin gələcəkdə davam edərsə, bu ölkə iqtisadiyyatına öz təsirini göstərəcək.

“Ona görə də hökumət bununla bağlı öproflaktik tədbrilər görməlidir. İndiyədək büdcə hazırlanarkən ölkənin maliyə dayanıqlılığı hər zaman hesablanardı, ancaq 2019-cu ilin büdcəsi hazırlanarkən biz bunun şahidi olmadıq. Maliyyə Nazirliyi reallığı nəzərə alaraq optimal büdcə hazırladığının şahidi olmadıq. Bilmək istərdim ki, Maliyyə Nazirliyi növbəti ildə neftin qiymətlərinin ucuzlaşacağı zaman fors-major situasiyalar yaranacağı təqdirdə maliyyə dayanqalılığını təmin etmək üçün hansısa işlər görübmü və ya planları varmı? Ona görə də yaranmış durumla bağlı tədbirlər görülməlidir”- deputat bildirib.

Manatın növbəti ildə dollara nisbətdə 1.7 manat səviyyədə götürülməsindən narahatlığını ifadə edən Ə.Məsimli deyib ki, bu da təhlükəlidir.

“Çünki neftin ucuzlaşması manata öz təzyiqini göstərəcək. Bundan əlavə olaraq qonşu ölkələrin milli valyutalarının ucuzlaşması da manata müəyyən təzyqiləri artıralı olacaq. Bu da gələn il olmasa da, yaxın illərdə manata təzyiqini artıra bilər. Ona görə də yaxın illərdə manata olan təzyiqlərin təzyiqlərin qarşısını alamq üçün tədbirlər görməlidir ki. növbəti devalvasiyalar yaranmasın”- Ə.Məsimli qeyd edib.

Son xəbərlər
Digər xəbərlər