2 C
Baku
Saturday, December 14, 2024

Deputat olmaq istəyənlərin nəzərinə

Bu gündən növbədənkənar parlament seçkiləri üçün deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanılır. Bu barədə növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında bildirilib.

Seçki sənədləri namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmalıdır.

Sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək təqdim edilməlidir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.                             Oxu.az 

Son xəbərlər
Digər xəbərlər