26 C
Baku
Wednesday, April 24, 2024

Deputat: “Qaza tətbiq edilən limit 2 dəfə artırılsın”

Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

O, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın. Ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, – deputat əlavə edib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər