Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş vermis insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.
Deputat İ.Məmmədov açıqlamasında bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur.
İstirahət mərkəzində baş vermis insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm.
Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər.
Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.
©Trend