11 C
Baku
Friday, October 25, 2024

Deputat: “Son 5 ildə iqtisadi şəffaflıq artıb”

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclası keçirilir. İclasda “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri Tahir Mirkişili iclası açıq elan edərək, Azərbaycan iqtisadiyyatının inkişafına nəzər salıb.

Onun sözlərinə görə, son illərdə iqtisadiyyatın inkişafında irəliləyiş var:

“Son 5 ildə Azərbaycanda iqtisadi şəffaflaşma artıb. Bununla bərabər 2026-cı ildə özəl sektorun payı 88 faizə çatdırılacaq. Bunun üçün imkanlar var. Eyni zamanda, biz qeyri-neft sahəsinə nəzər yetirməliyik. Ötən il Azərbaycanda qeyri-neft sahəsi 44.6 faizə çatıb”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər