27 C
Baku
Saturday, July 27, 2024

Deputat: “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmalıdır”

“Dünyada iqtisadi böhran var və bu böhran Azərbaycana da təsir göstərir”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, süni qiymət artımı çox ciddi problemə çevrilib: “Bunun ölkəmizdə qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat bildirib ki, Rusiyada Azərbaycanın bir çox saytlarına qadağa qoyulub: “Azərbaycanda da “Sputnik” informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər