19 C
Baku
Sunday, May 19, 2024

Deputat təhsil kreditləri ilə bağlı qanunvericiliyin qəbul edilməsini təklif edib

Dünən Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb. Spiker Oqtay Əsədov IV çağırış Milli Məclisin son sessiyasını açıq elan edib və Dövlət Himni oxunub.Deputat Əli Məsimli Azərbaycanda orta aylıq əmək haqlarından söz açaraq, təhsil kreditləri ilə bağlı qanunvericiliyin qəbul edilməsini xahiş edib: “Azərbaycanda orta aylıq əmək haqqı 500 manatın altındadır. Təhsil haqları isə minimum 1000 manat, maksimum isə 5000 manatdır. Hər təhsil alan 3 tələbədən ikisi ödənişli təhsil alır. Belə hesab edirəm ki, təhsil kreditləri haqqında qanun layihəsinin müzakirəsi bu sessiyada aparılsa, yaxşı olar. Bunu vacib hesab edirəm”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər