Deputat: “Təhsildə əməkhaqlarının aşağı olması qəbuledilməzdir”

0

“Bu gün Azərbaycanda təhsilə ayrılan vəsait getdikcə artır”.

Report Agentliyi xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, təhsildə əmək haqqlarının orta əmək haqqından aşağı olması qəbuledilməzdir.

“Səhiyyə sahəsinə vəsait ayrılır, lakin bu sahədə çalışanların əmək haqqının aşağı olması qeyri-məqbuldur. Dünən biz bir tədbirdə idik. Bilirik ki, Cənubi Koreya qısa müddətdə böyük inkişafa nail olub. Onlardan soruşurlar ki, “Qısa müddətdə bu inkişafa necə nail oldunuz?”. Onlar cavab verdi ki, “Biz hər yerdən kəsdik, təhsilə yönəltdik”. Təhsilə, insana daha çox investisiya qoyduq”, – Ə.Məsimli deyib.