Deputat Trampı öldürənə 3 milyon dollar vəd edir

İranda ABŞ prezidenti Donald Trampı öldürən şəxs üçün 3 milyon dollar mükafat ayrılıb.

Bu barədə qərarı iranlı millət vəkili Əhməd Həmzə açıqlayıb.

İranın İSNA xəbər agentliyinin məlumatına əsasən Ə.Həmzə bu pulun Kirman əyalətindəki insanların adından toplanacağını bildirib. Deputat bu qərarı İranın rəsmi dini liderlərinin dəstəkləyib-dəstəkləməyəcəyi barədə xəbər verməyib.

Qeyd edək ki, Kirman əyaləti bu yaxınlarda ABŞ tərəfindən öldürülən general Qasım Süleymanin məmləkəti olaraq tanınır. Bu bölgədə davamlı olaraq Tramp və ABŞ-a qarşı etiraz aksiyaları keçirilir.

©Modern