12 C
Baku
Wednesday, December 11, 2024

Deputat: Vahid maaş cədvəli olsun

“Vahid tarif cədvəli və əmək haqqının ödənilməsi haqqında” qanun layihəsi qəbul edilsin.

Banker.az oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat Musa Quliyev çıxış edib.

O bildirib ki, dövlət qurumlarına pul bir yerdən, yəni, büdcədən verilməlidir:

“Belə olmayanda isə ayrı-seçkilik olur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlətdən maliyyələşir və bu, belə də olmalıdır. Bu gün cərimələrdən gələn gəlirlərin bir qisminin dövlət büdcəsində çalışan şəxslərə verilməsi ilə bağlı qanuna dəyişikliklər edilir. Lakin bu prosesə nəzarət mexanizmi mümkün deyil. Ona görə də vahid tarifin yaradılmasını təklif edirəm və gələcəkdə bu məsələyə qayıtmalıyıq.

Bu qanunda axırıncı dərəcədən tutmuş yüksək dərəcəyə qədər hamının əməkhaqqısı qeyd olunmalıdır”.

Son xəbərlər
Digər xəbərlər