Milli Məclisin iclasında deputat Fəzail Ağamalı Mərkəzi Bankın sədri Elman Rüstəmovu tənqid edib.
F.Ağamalı Azərbaycanda bank sistemində olan problemləri, faiz dərəcələrinin yüksək olmasını E.Rüstəmovun fəaliyyəti ilə əlaqələndirib.
“İstehlak kreditləri adı altında insanları müflisləşdirirlər. Dünyanın heç bir yerində faiz dərəcələri Azərbaycandakı kimi yüksək deyil”, – deyə F.Ağamalı bildirib.
Millət vəkili Mərkəzi Bankın yeni inzibati binasının tikilməsini də tənqid edib.
“Bank sistemi çökdürülüb, təklif edirəm ki, Mərkəzi Bankın fəaliyyəti araşdırılsın, bir çox səlahiyyətləri Milli Məclisə verilsin. Həm də “Banklar haqqında” qanun dəyişdirilməlidir”, – deyə o əlavə edib.