10 C
Baku
Wednesday, December 11, 2024

Deputatın da payı olduğu “BOKT Embafinans”un gəlirləri düşüb

Deputat Məşhur Məmmədovun payı olduğu “BOKT Embafinans” QSC 2021-ci ildə faiz gəlirlərini 4.6 faiz azaltmaqla 9.63 mln. manata, faiz xərcləri isə 12% azalma ilə 1.83 mln. manata düşüb.

Bu barədə Banker.az BOKT-un audit hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2021-ci ildə onun xalis faiz gəlirləri cəmi 7.79 mln. manata düşüb. Bu öncəki ildə 8 mln. manat idi.

BOKT 254 min manat kredit zərərləri üzrə ehtiyata ayırma edib, haqq və komissiya gəlirləri 178 min manat, haqq və komissiya xərcləri 509 min manat, inzibati və sair xərcləri isə 2.99 mln. manat olub. Beləliklə il ərzində BOKT-un 3.34 mln. manat xalis mənfəəti olub.

Bu xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 6.1 mln. manat olmuşdur.

“BOKT Embafinans” QSC 2021-ci ildə banklara olan borclarının həcmini kiçiltsə də, istiqrazlar üzrə borc qiymətli kağızlarının artması ilə ümumi öhdəlikləri artıb, 15.22 mln. manatdan 16.32 mln. manata yüksəlib.

Bunun da 5.64 mln. manatı buraxılmış borc qiymətli kağızlar, 9.42 mln. manatı banklardan alınmış kreditlərdir. Kredit portfeli artaraq 26 milyon manata çatıb.

Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.

 

1 72 7

Son xəbərlər
Digər xəbərlər