21 C
Baku
Wednesday, October 5, 2022

Deputatın icbari sığortası qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşir

Deputatın dövlət icbari şəxsi sığortasının aparılmasına nəzarət və deputatın dövlət icbari şəxsi sığortası qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunması qaydası müəyyənləşib.

Bununla bağlı “Milli Məclisin deputatı haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan nəzarət edir.

Deputatın dövlət icbari şəxsi sığortası ilə bağlı tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər