3 C
Baku
Saturday, December 14, 2024

Deputatın oğlu və daha 5 qohumu saxlanıldı – “Relax”dakı insidentə görə

Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.

Məlumata görə, ötən gün “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.

Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

 

Deputatın istirahət mərkəzində nə baş verib?

Lerik rayonunda Vergilər Nazirliyinin əməkdaşları döyülüb, ardınca da hadisəyə “Bandotdel” müdaxilə edib. Bu barədə bloger Azər Kazımzadə məlumat paylaşıb. A.Kazımzadə yazır:

“Lerikin deputatı İqbal Məmmədova məxsus (səhmlərin 50 faizi Rövnəq Abdullayevindir) “Relaks” istirahət mərkəzində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlama aparılmasına icazə verilməyib və “Relaks” istirahət mərkəzinin mühafizəçiləri (başda İqbal Məmmədovun qardaşı oğlu olmaqla) Vergilər Nazirliyinin əməkdaşlarını vəhşicəsinə döyüblər. Bu hadisədən 5-6 saat sonra “Bandotel”in əməkdaşları “Relaks” istirahət mərkəzində rəhbərlik daxil hər kəsi həbs edərək istirahət mərkəzini bağlayıb. Həbs olunanlar arasında İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovun oğlu da var. Bu hadisədən dərhal sonra İqbal Məmmədova məxsus iki zavod fəaliyyətini dayandırıb”.

 

© APA

Son xəbərlər
Digər xəbərlər