Deputat İqbal Məmmədovun şirkəti olan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlətə borcu qalmaqdadır.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, hazırda “Kaspi-Yıldız”ın vergi borcu 9 390 743.36 manatdır. Şirkətin 2022-ci ilin iyul ayına borcu 9 397 776.75 AZN təşkil etmişdir. Şirkətin vergi borcundan sadəcə 7,033.39 ödənilib.
Qeyd edək ki, əvvəl şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50 faiz payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100 faiz pay ilə Məmmədov İqbal Nəriman oğlu olub. “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 1996-cı ildə təsis edilib, nizamnamə kapitalı 45 000 USD təşkil edir.