25 C
Baku
Saturday, April 20, 2024

Deputatlar ATƏT PA-nın sessiyasında iştirak edəcəklər

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası keçiriləcək. Sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətimizin üzvləri – parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin, qurumun Siyasi məsələlər və təhlükəsizlik, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrinin toplantıları keçiriləcək.

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə iştirak edəcək, müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

MənbəModern.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər