6 C
Baku
Sunday, January 18, 2026

Deputatlar Əmək Məcəlləsində qüvvəyə minən yenilikləri şərh etdi

Əmək Məcəlləsinə edilən dəyişikliklər Prezident tərəfindən təsdiqlənərək artıq qüvvəyə minib.

Məcəllədə ən çox diqqət çəkən məqamlardan biri uşağın doğulması ilə bağlı atalara da 14 gün ödənişli məzuniyyətin verilməsidir. Bu müddət anaların məzuniyyət günlərindən çıxılmır və tam ödənişli hesab olunur.

Digər mühüm yeniliklərdən biri isə distant işin hüquqi mexanizminin yaradılmasıdır. Artıq distant işləyən vətəndaşların hüquq və vəzifələri əmək müqaviləsi ilə dəqiq tənzimlənəcək. Bu isə eyni vaxtda bir neçə iş yeri ilə əməkdaşlıq imkanını genişləndirəcək. Bununla yanaşı, artıq işəgötürən işçini sınaq dövründə yalnız əsaslandırılmış səbəblərlə işdən azad edə biləcək.

Əmək Məcəlləsində edilən dəyişikliklərin ən vacib istiqamətlərindən biri isə saatlıq əməkhaqqı anlayışının tətbiqidir. Xüsusilə qeyri-iş günlərində və əlavə saatlarda çalışan işçilər üçün yeni qaydalar nəzərdə tutulub. Artıq bayram və qeyri-iş günlərində çalışan vətəndaşlara ən azı ikiqat əməkhaqqı ödəniləcək.

Əgər işçi həmin gün bütün günü deyil, yalnız bir neçə saat işləyibsə, ödəniş məhz həmin saatlara uyğun hesablanacaq.

Son xəbərlər
Digər xəbərlər