13 C
Baku
Friday, April 19, 2024

Deputatlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul veriblər? – Açıqlama

Milli Məclisin deputatlarının və əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna etdiyi ianənin məbləği açıqlanıb.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında məlumat verib.

O bildirib ki, deputatlar və Milli Məclisin işçiləri Fonda 250 min manatdan çox vəsait ödəyiblər.

Spiker əlavə edib ki, deputatların bəziləri aylıq maaşlarının hamısını, bəziləri isə bir qismini Fonda ianə ediblər.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər