3 C
Baku
Saturday, February 24, 2024

Deputatlardan sahibkarlara “vergi güzəştləri” təklifi və nazir Cabbarovdan təklifə cavab

“Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır”.

Banker.az xəbər verir ki, bunu deputat Qüdrət Həsəbquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib.

Deputat bildirib ki, fəaliyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil: “Bu yaxınlarda Birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fikiz şəxsləri vergidən azad etsək, cəmiyyətə tövhə vermiş olmalıyıq”.

Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisi fəaliyyətini stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olması, 5 il güzəştin olmasını təklif edib: “Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştləri edilməlidir. Bununla yanaşı, bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.

Deputat Fazil Mustafa, Əli Məsimli, İsa Həbibbəyli də xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, həmçinin regionların inkişafında rol oynayan sahibkarlara güzəşt tətbiq edfilməsini təklif ediblər.

Mikayıl Cabbarovdan təkliflərə cavab

Vergilər naziri Mikayıl Cabbarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən azad olunması ilə deputatların təklifinə münasibət bildirib.

M.Cabbarov qeyd edib ki, nazirlik ilk dəfədir bu tip azadolmaları Vergi Məcəlləsinə daxil olunmasını təklif edir: “Mövcud dəyişikliklər nəzərə alınmaqla büdcə bazası hesablanıb. Hazırda əlavə geniş azadolunmaların təqdim edilməsi məsələsi də mümkündürsə, o zaman buna növbəti büdcə layihələrinin müzakirəsində baxarıq”.

Son xəbərlər
Digər xəbərlər