Milli Məclisin deputatları ötən gün koronavirusla bağlı test yoxlanışından keçib.
Bu barədə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, test nəticələrinə əsasən deputatlarla bağlı hər hansı problem yoxdur: “Belə ki, nəticələr neqativ çıxıb.
Eyni zamanda, Milli Məclis sədrinin təşəbbüsüylə jurnalistlərin də iclası izləməsi üçün şərait yaradılıb. Binaya daxil olan jurnalistlər termovizor aparatı vasitəsilə yoxlanılacaq”.
©Qafqazinfo