23 C
Baku
Tuesday, April 23, 2024

Deputatlığı ləğv edilən Çingiz Əsədullayev “AGBank”dakı səhmlərini artırdı

“AGBank” ASC-nin səhmdarlarının sayında və pay bölgüsündə ciddi dəyişiklik baş verib.

Banker.azın “APA-Economics” istinadən verdiyi xəbərə görə, bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayev nizamnamə kapitalında payını 23,096%-dən 23,270%-dək artırıb.

Bundan başqa, minoritar səhmdarların sayı 65-dən 61-ə enib, onların bankın kapitalındakı ümumi payı isə 25,637%-dən 31,463%-dək artıb. Anlaşılan budur ki, 4 minoritar səhmdar payını satıb.

Bankdan xəbəri “APA-Economics”ə təsdiqləyiblər. Bildirilib ki, minoritar səhmdarlar öz paylarını C. Əsədullayevə satıblar.

Digər majoritar səhmdarların kapitalda payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası kapitalda 17,5%, “Kazimir Partners” şirkəti 10%, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər