“Deqradasiya etmiş parlament” muzeyə qayıdıb

0

Britaniyalı qraffiti rəssamı Benksinin “Devolved Parliament” (“Deqradasiya etmiş parlament”) əsəri Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar Bristol Muzeyinin ekspozisiyasına qayıdıb. Bu barədə rəssamın özü “Instagram” səhifəsində məlumat verib.

Benksi yazıb: “Mən bu əsəri 10 il əvvəl yaratmışam. Bristol Muzeyi Brexit gününü qeyd etmək üçün indicə onu geri qaytarıb”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Benksinin tablosunda İcmalar Palatasının iclas salonu təsvir edilib. Amma burada deputatlar yerinə şimpanzelər müzakirələr aparır. Əsər rəssamın kətan üzərində yaratdığı ən irihəcmli tablolardan biridir. “Devolved Parliament” ilk dəfə 2009-cu ildə Bristol Muzeyində təqdim edilib və bu dəfə artıq şəxsi kolleksiyanın eksponatı kimi yenidən muzeydə nümayiş etdiriləcək.

Muzeyin nümayəndəsi Filip Uolker ITV telekanalının efirində deyib: “Biz bu əsəri 10 əvvəl nümayiş etdirəndə o, əsl ajiotaj doğurdu və Benksinin sərgisinin ən parlaq eksponatlarından biri sayıldı. Ötən illər ərzində bu tablo daha da aktual olub”.

“Devolved Parliament” Bristol Muzeyində sentyabr ayına qədər nümayiş etdiriləcək.