25 C
Baku
Saturday, April 20, 2024

Deutche Bank müştərini telefonu tutmaq formasına görə tanıya biləcək

Almaniyanın Deutche Bank bankı elektron fırıldaqçılıqdan qorunmaq üçün yeni bir texnologiyanı sınaqdan keçirir və bu texnologiya istifadəçini təqribi olaraq 50 xüsusiyyətinə görə tanıya biləcək. Məsələn, smartfonu əldə saxlamaq forması, sensorlu ekrana toxunmaq gücü və barmaq izlərinə görə. Bu istifadəçiləri öz şifrələrini daxil etməkdən xilas edəcək, banklara isə əlavə xidmətlər yaratmağa imkan verəcək. Bu haqda məlumatı isə, The Financial Times nəşri vermişdir.

Bankdan verilən məlumata görə, sistemin sınaqdan keçirilməsi zamanı bir insanın xüsusiyyətlərinin digər bir şəxslə uyğunlaşması halı yaşanmamışdır. Bankın innovasiyalar şöbəsinin rəhbəri Filip Hilliqanın sözlərinə görə, yoxlanışın bu dərəcədə etibarlı olması mobil telefon istifadəçiləri üçün xidmət sahəsini güclü şəkildə genişləndirməyə, xüsusən də böyük məbləğlərlə əməliyyat prosesini sadələşdirməyə imkan verəcək.

Yeni sistemin ilk istifadəçiləri Deutche Bank-ın 10 000 əməkdaşı olacaq və onlar sınaq müddəti bitdikdən sonra sistemə qoşulacaqlar.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər