13 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

“Deutsche Bank” 2022-ci ildə neftin $60-dan aşağı olacağını proqnozlaşdırıb

“Deutsche Bank” analitikləri gələn il neftin bir barelinin təklifin əhəmiyyətli dərəcədə artması səbəbindən 60 dollardan aşağı düşəcəyini proqnozlaşdırıblar.

Banker.az xəbər verir ki, onların sözlərinə görə, OPEC+ hasilatın bərpasını təxirə salsa belə, azalma baş verəcək.

Dekabrın 2-də neft alyansına üzv ölkələrin nazirləri koronavirusun yeni ştamı olan “omikron”un bazara təsirini və bəzi iri idxalçıların neft ehtiyatlarını satmaq qərarını qiymətləndirmək üçün virtual görüş keçirəcəklər. Onlar həmçinin 2022-ci ilin yanvar ayı üçün neft hasilatının həcmini razılaşdırmalıdırlar. Bu ilin avqust ayından etibarən OPEC+ pandemiyanın yaratdığı azalmanı 2022-ci ilin sentyabr ayının sonuna kimi tamamilə neytrallaşdırmaq ümidi ilə hasilatı aylıq 400 min barel artırır.

“Deutsche Bank” gözləyir ki, OPEC+ çərçivəsində hasilatın dayandırılması halında yanvar-mart aylarında bazarda profisit yaranacaq. Və 2022-ci ilin sonuna qədər ölkələr pandemiyadan əvvəlki səviyyəyə qayıda biləcək.

Çərşənbə günü, dekabrın 1-də “Brent” markalı neftin fevral fyuçerslərinin dəyəri əvvəlki sessiyanın sonuna qədər 4.6% artaraq Bakı vaxtı ilə saat 14:03-ə olan məlumata görə, bir barel üçün 72.45 dollara çatıb. “WTI” markalı xam neft fyuçersləri 4.26% artımla 69 dollara satılır.

Qeyd edək ki, “JPMorgan” “Brent”in 2022-ci ildə 125 dollara, 2025-ci ilsə isə 150 dollara qədər artacağını proqnozlaşdırıb. Bu rəqəmlər noyabrın əvvəlində “Bank of America”nın proqnozlaşdırdığı 120 dollar gözləntilərinə uyğundur.

Son xəbərlər
Oxşar xəbərlər