17 C
Baku
Bazar, May 29, 2022

“Deutsche Bank” 2023-cü ildə ABŞ-da resessiya proqnozlaşdırır

“Deutsche Bank”ın iqtisadçıları Devid Folkerts-Landau və Peter Huper hesab edirlər ki, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ilə ABŞ iqtisadiyyatı 2023-cü ildə resessiyaya girəcək.

Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

“ABŞ iqtisadiyyatı 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində FED-in növbəti sərtləşdirmələrindən böyük zərbə alacaq”, – deyə mesajda bildirilib.

Onların fikrincə, FED növbəti üç iclasında uçot dərəcəsini 0.5 faiz bəndi artıracaq və 2023-cü ilin ortalarına qədər uçot dərəcəsi 3.5%-i keçəcək. Hal-hazırda federal fondların dərəcəsi üçün cari hədəf diapazonu 0.25-0.5% təşkil edir.

Bundan əlavə, gələn ilin sonuna qədər FED öz balansındakı aktivlərin həcmini indiki 8.9 trilyon dollardan təxminən 2 trilyon dollar azaldacaq. Pul siyasəti üçün bu, 0.25 faiz bəndi olan daha 3-4 faiz artımına bərabərdir.

“Deutsche Bank” 2023-cü ilin yayına qədər ABŞ fond bazarının 20% azalacağını, 10 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyinin isə bu ilin sonunda 3,3%-ə yüksələcəyini proqnozlaşdırır.

“ABŞ-da gələn il tənəzzüllə bağlı proqnozumuz konsensusdan kəskin şəkildə fərqlənir, – deyə hesabat müəllifləri etiraf edirlər. – Lakin biz bunun tezliklə dəyişəcəyinə inanırıq”.

Son xəbərlər
Oxşar xəbərlər