Almaniyanın “Deutsche Bank”ı xərclərini azaltmaq üçün 6 min işçisini ixtisar edəcək və 300 şöbəsini bağlayacaq.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
Məlumata görə, Bank qənaət etmək istədiyi illik məbləği 600 milyon avrodan 1 milyard avroya çatdırıb. Bundan başqa, maliyyə nəhəngi törəmə şirkəti “Postbank”ın da şöbələrini azaldaraq ildə 200 milyon avroya qənaət etməyi planlaşdırır.
Xatırladaq ki, ümumilikdə 91 min işçisi olan “Deutsche Bank” daha əvvəl 2022-ci ilə qədər təxminən 18 min işçisini ixtisar edəcəyini açıqlamışdı.