Almaniyanın “Deutsche Bank”-ı ABŞ-a vergidən yayındığına görə 95 milyon dollar cərimə ödəyəcək.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə nazirliyi məlumat yayıb.
“Hökümət “Deutsche Bank”ı vergidən yayınmağını boynuna almağı və 95 milyon dollar cərimə ödəməyə məcbur edib”, – məlumatda deyilir.
Qeyd olunur ki, bank 2000-ci ildə saxta şirkət işlətməklə ştatların vergi qanunvericiliyini adlamaq istəyib.