13 C
Baku
Tuesday, May 7, 2024

Deutsche Bank: “Almaniya 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək”

Bunu Almaniyanın ən böyük maliyyə qurumu – “Deutsche Bank”ın rəhbəri Kristian Zevinq Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantısı çərçivəsində deyib.

“2023-cü ildə tənəzzüldən qaça bilməyəcəyik. Lakin tənəzzül depressiya demək deyil. Ən əsası Almaniyanın bu tənəzzüldən tez bir zamanda çıxmasıdır”, – deyə, o bildirib.

K.Zevinq bildirib iqtisadi tənəzzülün nə qədər ciddi olacağı yardım paketlərinin necə işləməsindən asılı olacaq. Onun fikrincə, Almaniya möhkəm orta şirkətlərlə güclü iqtisadiyyata malikdir:

“Amma yaxın on iki ayda iflasların sayı xeyli artacaq. Alman və Avropa banklarının etibarlılığı mütləqdir. Amma indi ilk növbədə inflyasiyanın nəzarət altına alınması vacibdir. Ona görə də hazırda mərkəzi bankların faiz dərəcələrini artırması da düzgündür”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər