12 C
Baku
Tuesday, October 1, 2024

“Deutsche Bank” Avropa banklarının dəstəklənməsi üçün 150 milyard avro vəsait ayrılmasını təklif edir

“Deutsche Bank”ın baş iqtisadçısı Devid Folkerts Landau hesab edir ki, Avropa bank sisteminin dəstəklənməsi üçün 150 milyard avro vəsait ayırmaq lazımdır. Çünki Avropa maliyyə institutlarının kapitallaşdırılmaya ehtiyacı var.

Banker.az “banks.eu” saytına istinadla xəbər verir ki, iqtisadçı bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib. Mütəxəssisin sözlərinə görə, ABŞ 2008-ci ildə 100 milyard dollar dəyərində bank sektorunun sağlamlaşdırılması planını təqdim edib.

“İtaliya daha çox narahatlıq doğurur, burada vaxtı keçmiş kreditlərin həcmi 350 milyard avroya çatıb. Eyni zamanda, Avropa Mərkəzi Bankının cərimə faizləri Avropa maliyyə bazarına mənfi təsir edir, səhmlərin aşağı kursu isə yeni sərmayələrin cəlb edilməsini çətinləşdirir”, – deyə iqtisadçı qeyd edib./azertag

Son xəbərlər
Digər xəbərlər