16 C
Baku
Sunday, October 6, 2024

Deutsche Bank baş müdirini dəyişdi

Deutsche Bank-ın mətbuat xidməti məlumat verir ki, Almaniyanın ən böyük banklarından biri Deutsche Bank baş müdirini dəyişib, Con Krayanın yerinə bu vəzifəyə pərakəndə biznesə rəhbərlik edən Kristian Syuvinq (Christian Sewing) təyin edilib.

Məlumata əsasən, Syuvinq 1989-cu ildən etibarən Deutsche Bank-da işləyir və son vaxtlarda maliyyə təşkilatının idarə heyətinə daxil idi. Krayan 2015-ci ildən Deutsche Bank-a rəhbərlik edirdi, lakin bu müddət ərzində bank ilin nəticələrinə görə xalis gəlir əldə edə bilməmişdi. Maliyyə təşkilatının xalis itkisinin ötən illə müqayisədə 2,7 dəfə azalmasına baxmayaraq, 2017-ci ildə 497 milyon avro təşkil edib.

“Deutsche Bank-da işlədiyi 25 ildən artıq müddətdə Kristian Syuvinq özünü güclü və intizamlı bir lider kimi göstərib. Müşahidə Şurası onun və komandasının Deutsche Bank-ı uğurla yeni bir mərhələyə çatdıracağına inanır”, – deyə Müşahidə Şurasının sərdi Paul Achleitner qeyd edib. 

Son xəbərlər
Digər xəbərlər