COVID-19-dan sonra ABŞ və Çini soyuq müharibənin yeni mərhələsi – texnologiyalar konflikti gözləyir ki, bunun nəticəsində ölkələr arasında “texnoloji divar” yaranacaq.
Banker.az xəbər verir ki, bu barədə “Deutsche Bank”ın “COVID-19-dan sonrakı həyat” adlı məruzəsində deyilir.
“21-ci əsrin qlobal texnoloji soyuq müharibəsinin kəskinləşməsi “dünyanı yarıya bölə bilər”: bir-biri ilə qarşılıqlı əlaqədə olmayan mərkəzçi ABŞ və mərkəzçi Çin. Bu “divarı” yaratmağın nəticələri dünyanın hər yerində hiss olunacaq”, – iqtisadçılar hesab edirlər.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin informasiya təhlükəsizliyini təhdid edən müqavilələrə qoyulan qadağanın müddətini uzadıb. Qeyd edildiyi kimi, fərman 15 may 2019-cu ildə imzalanıb. Çoxları bunu ÇXR və telekommunikasiya bazarında dünya liderlərindən biri olan “Huawei” şirkətinə qarşı yönəlmiş bir addım kimi qiymətləndirir.
Bankın son araşdırması onu göstərir ki, amerikalılar (41%) Çində istehsal olunan, çinlilər isə (35%) isə amerikan mallarını almaqdan imtina edirlər.
“Əvvəlki soyuq müharibə – ABŞ ilə SSRİ arasında – dörd onillikdən çox davam edib. Onun indiki vəziyyətdən əsas fərqi iki blokun bir-birindən çox az asılı olmasındadır. ABŞ və Çinin asılılığı, əskinə, 1970-ci illərdən bəri artmaqdadır. Bu asılılıqdan qurtulma prosesi son dərəcədə ağrılı və baha olacaq”, – bank yekunlaşdırır.