22 C
Baku
Thursday, October 10, 2024

Deutsche Bank COVID-19-un tarixin ən pis pandemiya olma şansını yüksək qiymətləndirir

Əgər Covid-19-u dövrümüzün digər 23 pandemiyası ilə müqayisə etsək, onun ən ölümcül epidemiyaların ilk iyirmiliyinə belə daxil olmadığını görərik.

Banker.az xəbər verir ki, bu barədə “Deutsche Bank” hesabat verir.

Tədqiqatçılar 24 xəstəliyin səiyahısını tərtib etdilər və sonra onların neçə nəfər öldürdüyünü hesabladılar. Son məlumata görə, dünya əhalisinin 0,002%-i Covid-19 virusunun qurbanı olub (Hopkins Universitetinin hesablamalarına görə 182 min nəfər). Bu göstəriciyə görə yalnız donuz qripi liderlik edir (203 min nəfər).

“Deutsche Bank” son iki min ildə bəşər tarixində ən ölümcül xəstəliyin “qara ölüm” ün olduğunu qeyd edir – 1347-1351-ci illərdə yayılan vəba xəstəliyi. Statistik məlumatlara görə, “qara ölüm” 200 milyon insanın həyatını məhv etdi (dünya əhalisinin 42%-i).

Mütəxəssislər qeyd edirlər ki, mövcud koronavirus infeksiyasının tarixin iyirmi ən ciddi pandemiyası siyahısına daxil olması üçün ölənlərin sayı bir milyona çatmalıdır. Ən qorxunc pandemiyaların ilk beşliyinə daxil olmaq üçün isə qurbanları sayı 210 milyon nəfər təşkil etməlidir – hazırda dünya əhalisinin 2,73%-i.

Hopkins Universitetinin verdiyi məlumata görə, ümumilikdə Covid-19 koronavirusuna 2,6 milyon insan yoluxub. Yoluxanların və ölənlərin sayına görə ABŞ liderlik edir – 830 nəfər yoluxub, 45 min nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər