1 C
Baku
Saturday, December 14, 2024

“Deutsche Bank” dünya müharibəsinin və ya qlobal kataklizmin baş verməsi ehtimalını qiymətləndirdi

Müharibə, pandemiya və ya təbii fəlakət ilə əlaqəli növbəti qlobal böhranın qarşıdakı 10 ildə baş verməsi ehtimalı 33,5% təşkil edir. Banker.az xəbər verir ki, bu barədə “Deutsche Bank” ın “Koronavirusdan sonra: ekstremal hadisənin növbəti genişmiqyaslı riski” adlı məruzəsində deyilir.

Dörd risk

“Deutsche Bank” ın strateqi Cim Ridin başçılığı ilə analitiklər aşağıdakı dörd riskin bir il ərzində baş vermə ehtimalını belə qiymətləndirirlər:

  1. Pandemiya – 2%
  2. Vulkan püskürməsi – 0,15%
  3. 1859-cu ildəki günəş fırtınası ilə müqayisə olunan geomaqnit fırtınası – 1,06%
  4. Dünya müharibəsi – 0,625%

“Deutsche Bank” ın nəzərdən keçirdiyi hadisələr müstəqil hesab olunurlar, yəni onların ehtimalları toplana bilər. Gələcək on ildə onlardan ən az birinin baş vermə ehtimalı 33,5% təşkil edir, 20 illik proqnoza gəldikdə isə belə bir hadisə ilə qarşılaşma ehtimalı 55,7%-dək yüksəlir.

Qeyd edək ki, “Deutsche Bank” pandemiya, vulkan püskürməsi və günəş fırtınası kimi hadisələrin baş vermə ehtimalını digər araşdırmalardan götürüb. Qlobal müharibənin baş vermə ehtimalını qiymətləndirmək üçün bank analitikləri ixtiyarı olan 0,625% (və ya 1:160) göstəricisini götürdülər. Bu qiymətləndirmə son əsrlərin tarixindən daha aşağı olduğunu bildirən “Deutsche Bank”, bunun “güclü qarşılıqlı əlaqə” ilə əlaqəli olduğunu açıqlayır.

Kataklizmlərin effekti

VEI-7 kateqoriyalı vulkanın püskürməsi (kül emissiyasının həcmi  100 km³-dən çox olduqda) son dəfə 1815-ci ildə baş vermişdir (İndoneziyadakı Tambora vulkanı). On minlərlə insan bu kataklizmin qurbanı olub. Tədqiqatçıların fikrincə, belə hallar min ildə iki dəfə, “Deutsche Bank” ın proqnozlarına görə isə hər 667 ildən bir baş verir. VEI-7 kateqoriyalı vulkanın püskürməsi, onun yaxınlığında yaşayan insanların həyatını təhlükə altına qoyacaq, hava nəqliyyatı məhdudlaşdırılacaq və qlobal istiliyə təsir göstərəcək.

Geomaqnit fırtına 1859-cu ildəki “Kerrinqton hadisəsi” ilə müqayisə oluna bilər və elektronika üzərində qurulmuş müasir infrastruktur üçün böyük təhlükədir. Belə ki, telekommunikasiya pozulacaq, ödəmə sistemlərinin fəaliyyəti dayandırılacaq, GPS sputnikləri isə ümumiyyətlə sıradan çıxa bilər.

“Deutsche Bank” həmçinin qeyd edir ki, qlobal sarsıntılar nadir hallarda bir-birindən təcrid şəkildə baş verir: əksər vaxtlarda onlar qarşılıqlı təsir bağışlayır və ya digər sahələrdə ikincil təsirə səbəb olur. Məsələn, mövcud pandemiya ABŞ və Çin arasındakı münasibətlərdə gərginliyin artması üçün bir bəhanə rolunu oynadı.

Bank mütəxəssisləri Yer üzünə asteroidin düşməsi kimi ekstremal riskləri təhlil etməyiblər, çünki bu kimi hadisənin baş verməsi ehtimalı çox azdır.

Son xəbərlər
Digər xəbərlər