-1 C
Baku
Sunday, December 15, 2024

“Deutsche Bank” investorlara kriptovalyutalara yatırım etməyi məsləhət görmür

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, “Deutsche Bank” investorlara kriptovalyutalara yatırım etməyi məsləhət görmür.

Bankın beynəlxalq investisiyalar bölməsinin rəhbəri Markus Müller verdiyi müsahibəsində deyib: «Biz bunu məsləhət görmürük. [Kriptovalyutalara investisiylar] — yalnız spekulyativ yatırımlar edənlər üçündür. Belə ki, yatırılan bütün vəsaitlərin itirilməsi ilə bağlı real risklər mövcuddur.

Bankın analitiklərinin sözlərinə görə, bu risklərə yüksək dəyişkənlik, məlumatların itirilməsi və yaxud onların oğurlanması aiddir.

“Kriptovalyutaların aktivə çevrilməsi üçün onların dövriyyəsini tənzimləmək, şəffaflıq və onlar üçün təhlükəsiz ticarət platformaları yaratmaq mütləqdir. Biz isə hələ yolun başlanğıcındayıq” deyə Müller qeyd edib.

O həmçinin bildirib ki, kriptovalyuta bazarının iştirakçılarının tənzimləyici orqanlar ilə əməkdaşlıq etməyi vacibdir. Yalnız bu halda beş – on il ərzində investorların yeni valyuta növünə qarşı etibarları olacaq.

Son xəbərlər
Digər xəbərlər