Covid-19 pandemiyasının ikinci dalğası baş tutduğu təqdirdə, ABŞ dollarına tələbat əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Banker.az xəbər verir ki, bu barədə “Deutsche Bank” ın eksperti Samir Goel CNBC-yə verdiyi müsahibədə məlumat verib.
Onun sözlərinə görə, hal-hazırda valyuta bazarları Covid-19-un mümkün ikinci dalğası ilə əlaqədar narahatlıqlar fonunda “çoxsaylı əks axın” ilə üzləşir. Analitik hesab edir ki, pandemiyanın ikinci dalğası ABŞ dollarının inkişaf etmiş ölkələrdə, o cümlədən Çində əksər valyutalara qarşı ciddi zəifləməsinə səbəb ola bilər.
Samir Goel söyləyir ki, koronavirus yayılmağa başlayandan investorlar amerikan dollarına deyil, “Onlar qrupu” na daxil olan ölkələrin valyutalarına üstünlük verməyə başlayıblar (Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Belçika, Niderland, İsveç, Kanada, ABŞ, İsveçrə).
“Deyəsən, dollara tələbat get-gedə azalmağa doğru gedir”, – ekspert əlavə edir.
Yuanın gələcək perspektivləri ilə bağlı suallara mütəxəssis belə cavab verib: “Biz onun nisbətən sabit olduğunu gördük və bu, ABŞ-Çin məsələsinin müzakirə mərkəzinə çevrilməsi, habelə dividend ödənişlərinin artması ilə əlaqədar olub”.







