12 C
Baku
Wednesday, April 24, 2024

“Deutsche Bank” qlobal nizamsızlıq dövrünün başlanmasını proqnozlaşdırıb

1980-ci ildən bəri davam edən qloballaşma dövrü artıq sona çatır – “Deutsche Bank”ın 8 sentyabr tarixli araşdırmasına görə, onu “nizamsızlıq əsri” əvəzləyəcək. Bankın strateqi Jim Reid və onun iş yoldaşları tərəfindən hazırlanan hesabatda deyilir ki, yeni dövr Çin iqtisadiyyatının ABŞ üzərindəki yüksəlişi, o cümlədən tərəflər arasında gərginliyin artması, mərkəzi banklardan gələn “helikopter pulları” siyasəti və gənc nəslin (yetkinlik yaşı 21-ci əsrə düşənlər) güclənməsi ilə xarakterizə ediləcək. 

Nizamsızlıq ən azı yaxın on ildə hökm sürəcək, lakin buna baxmayaraq, bank vurğulayır: “Mütləq deyil ki, bu nizamsızlıq pis olsun. Bir daha vurğulamalıyıq ki, yeni dövr maliyyə aktivlərini almaqdan imtina etmək üçün bir səbəb kimi qəbul edilməməlidir, çünki o bizə genişmiqyaslı müdaxilə və likvidlik gətirəcək”. Bununla yanaşı, əgər əvvəlki qloballaşma dövrü aktiv qiymətlərinin artımı ilə əlaqələndirilirdisə, “nizamsızlıq əsri” onlar üçün əsas təhdidlərdən biridir. 

Səkkiz əsas mövzu

“Nizamsızlıq əsri” ən azı səkkiz mövzu ilə xarakterizə ediləcək:

  1. ABŞ və Çin arasındakı münasibətlərin pisləşməsi, ikincinin iqtisadi gücünün artması;
  2. Avropa üçün həqiqətin üzə çıxdığı an: Covid-19 pandemiyası inteqrasiya proseslərinə yeni təkan versə də, çox güman ki, bu regionda iqtisadi durğunluğun davam etməsi ehtimalı olduqca yüksəkdir;
  3. Borcun daha da artması və “helikopter pulları” siyasətinin yayılması;
  4. Maliyyə və pul ekspansiyasının genişlənməsindən qaynaqlanan inflyasiya artımı;
  5. Postkovid dövrünün əvvəlində iqtisadi bərabərsizliyin güclənməsi və gələcəkdə  bu tendensiyanın tərsinə çevrilməsi: dövlətlər zənginlərdən daha çox vergi almağa başlayacaqlar;
  6. Nəsillər arasında artan rəqabət: milleniallar və gənc insanlar 2030-cu ilə qədər sayca yaşlı nəslə çatacaqlar ki, bu da onlara demokratik seçkilərin nəticələrini müəyyən etməyə imkan verəcək;
  7. İqlim problemləri ilə bağlı narahatlığın artması;
  8. Yeni texnoloji inqilab;

Daha bir soyuq müharibə

Çin bu on ilin sonuna qədər nominal ÜDM-nin həcminə görə ABŞ-ı keçə bilər. İqtisadiyyatlar arasındakı uçurum azaldıqca, Fukudidi tələsinə (birinin digərinə iqtisadi güc baxımdan çatdıqda, iki rəqib güc arasındakı hərbi qarşıdurma riskini ifadə edən termin) düşmək qorxusu artacaq. “Deutsche Bank” son 500 ildə belə vəziyyətlərin 16 dəfə baş verdiyini və 12 halda müharibəyə səbəb olduğunu qeyd edir. “Bu gün hərbi qarşıdurmanın baş verməsi ehtimalı çox azdır, amma bunun yerinə iqtisadi müharibə gələ bilər”, – deyə analitiklər yazırlar. 

ABŞ və Çin arasındakı qarşıdurma, SSRİ və ABŞ arasındakı soyuq müharibəni xatırladır. İqtisadi qarşıdurmanın təzahürləri əlavə tariflər, sanksiyalar, aktivlərin dondurulması, texnologiya mübadiləsinə qoyulan qadağalar və s. olacaqdır. Bu, şübhəsiz ki, iki blokun yaranmasına səbəb olacaq. Güman edilir ki, bu halda Cənub-Şərqi Asiya ölkələri Çini, Yaponiya və Cənubi Koreya isə Amerikanı dəstəkləyəcəkdir. Çin, Rusiya, Avropa İttifaqı və Türkiyə əsasən Yaxın Şərq və Afrikada rəqabət aparacaqlar. 

Nəsillərin qarşıdurması

Avropada borc problemi böyüməyə davam edir. Artan borc fonunda faiz dərəcələri mərkəzi bankların müdaxilələri sayəsində məqbul səviyyədə qalır. “Gələcəkdə daha çox böhran, daha çox xaos və mərkəzi bankların daha çox pul çap etməsini görəcəyik”, – deyə “Deutsche Bank” yazır. Likvidliyin maliyyə sektoruna deyil, geniş iqtisadiyyata (məsələn, ev təsərrüfatları və ya real sektor) daxil edilməsini nəzərdə tutan “helikopter pulları” siyasətinə keçid, inflyasiyanın sürətlənməsinə səbəb olacaqdır. 

Postkovid dövründə insanlar arasında iqtisadi bərabərsizlik əvvəlcə artacaq, sonra isə hökumətlər zəngin vətəndaşlara və şirkətlərə qarşı vergiləri artırmağa başlayacaqlar. Qeyd edək ki, nəsillər arasındakı rəqabət iqtisadi bərabərsizliklə sıx əlaqəlidir. “Deutsche Bank”ın qiymətləndirmələrinə görə, 2030-cu ildən sonra G7 ölkələrində gənc nəsillərdən olan seçicilərin sayı, 1980-cı ilədək doğulmuş nəsillərdən gələn seçicilərin sayını ötüb keçəcək. Yeni durum “siyasi seçkilərin nəticələrini və bunun nəticəsində siyasətin özünü dəyişdirməyə başlayacaq”. Məsələn, 2016-cı ildə gənc seçicilər Donald Trampa qarşı səs versələr də, onların çəkisi kifayət etməyib. 

Gənc nəsillər iqlim dəyişiklərindən daha çox narahatdırlar. Məruzənin müəllifləri hesab edirlər ki, cari on ildə dünyada karbon vergisinin tətbiqi ehtimal olunur. Hal-hazırda bu məsələ Avropa Komissiyası tərəfindən müzakirə edilir. Və nəhayət, texnologiya şirkətləri üçün “dotkom köpüyünün” yaranmasına yol açacaq. Lakin bütün hallarda texnoloji rəqabətin olması qaçırılmazdır. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər