2 C
Baku
Saturday, December 14, 2024

Deutsche Bank robot-məsləhətçi yaratdı

Avropanın nəzarət orqanları avtomatlaşdırılmış maliyyə xidmətləri bazarını necə tənzimləyəcəklərini düşündüyü bir vaxtda, Almaniyanın “Deutche Bank” bankı öz məsləhətçilərini robotlarla əvəz etdi.

İlkin olaraq robot məsləhətçinin xidmətlərindən yararlanmaq yalnız investisiya online platformasını ziyarət edən müştərilər üçün mümkün olacaq. 2016-cı ilin əvvəlindən isə smartfonlar üçün tətbiqetmə istifadəyə veriləcək. Müştərilər isə həmin tətbiqetmədən istifadə edərək kapital yatırımının effektivliyini hesablaya biləcəklər. Bununla yanaşı, növbəti ildə risklərin idarə edilməsi üçün funksiya yaradılacaq.

Ödənişsiz Anlage Finder robot-məsləhətçi investisiya və riskə hazırlıqla bağlı suallar verəcək. Əldə edilən məlumatlar əsasında isə müştərinin investisiya fondu yaradılacaq.

Xidmət müştərilər tərəfindən seçilmiş kriteriyalar əsasında geniş qiymətli kağız seçimi təqdim edilir. Bank nümayəndələrinin verdiyi məlumata görə, Anlage Finder müştərilərə investisiya qərarları verməkdə hərtərəfli dəstək göstərir. Bundan əlavə, robot maliyyə bazarı haqqında geniş həcmdə məlumata sahibdir.

Son xəbərlər
Digər xəbərlər